Korporativ xidmət

Korporativ taksi xidməti şirkətlər üçün

Əməkdaşların işgüzar gedişləri, qonaqların qarşılanması və tədbir nəqliyyatı bir müqavilə ilə. Minik avtomobilindən 56 yerlik avtobusa qədər hamısı bir ünvandan.

Müqavilə və nağdsız ödəniş

Bank köçürməsi ilə hesablaşma, rəsmi sənədlər.

Aylıq hesabat

Bütün gedişlər tarix və marşrut üzrə bir sənəddə.

Şəxsi menecer

Sifarişləri bir nəfərlə, telefon və ya e-poçtla verirsiniz.

Loqosuz avtomobillər

Üzərində reklam və yazı olmayan avtomobillər.

Hər ölçüdə nəqliyyat

Sedan, minivan, mikroavtobus və avtobus eyni şirkətdən.

Həftənin 7 günü

İstirahət və bayram günlərində də sifariş qəbul olunur.

Suallar

Müqavilə necə bağlanır?
Bizə müraciət edin, ehtiyaclarınızı öyrənib təklif göndəririk. Razılaşdıqdan sonra müqavilə imzalanır.
Ödəniş necə aparılır?
Göstərilən xidmətə görə ay sonunda hesab-faktura təqdim olunur. Nağd ödəniş də mümkündür.
İşçi servisi üçün avtobus verirsiniz?
Bəli. Daimi işçi daşınması üçün mikroavtobus və avtobuslarımız var, ətraflı avtobus.az saytında.

Sifariş və müraciət