Sürücü ilə avtomobil icarəsi: günlük və saatlıq
Bir gün ərzində neçə ünvana getməli olsanız da avtomobil və sürücü sizinlə qalır. Bir neçə saat lazımdırsa, saat hesabı ilə sifariş edin.
Xidmətə daxildir
- Sürücü və yanacaq qiymətə daxildir
- Günlük və ya saat hesabı ilə sifariş
- Sürücü dayanacaqlarda sizi gözləyir
- Sinif seçimi: standart, biznes, minivan
Kimlər üçün
- Bakıya iş səfərinə gələnlər
- Qonaq qarşılayan ailələr və şirkətlər
- Toy, nişan və tədbir günü
- Bir gündə çox ünvana getməli olanlar
Necə işləyir
1. Sifariş göndərin - Tarixi, ünvanı və sərnişin sayını yazın. Forma, WhatsApp və ya telefon, hansı rahatdırsa.
2. Qiyməti təsdiqləyin - Dispetçer uyğun avtomobili və qiyməti bildirir. Razısınızsa sifariş təsdiqlənir.
3. Sürücü vaxtında gəlir - Razılaşdırılan saatda sürücü ünvanda olur.
Suallar
Sürücü ilə avtomobil icarəsinə nə daxildir?
Avtomobil, sürücü və yanacaq. Saat və məsafə həddi sifariş vaxtı razılaşdırılır.
Saat hesabı ilə sifariş etmək olar?
Bəli. Bir neçə saatlıq görüş, alış-veriş və ya tədbir üçün saat hesabı ilə sifariş edə bilərsiniz, minimum müddət sifariş vaxtı bildirilir.
Bakıdan kənara çıxmaq olar?
Bəli. Rayon səfərləri üçün marşrutu əvvəlcədən bildirin, qiymət ona görə hesablanır.
Nə qədər əvvəl sifariş verməliyəm?
Bir gün əvvəl sifariş vermək kifayətdir. Eyni gün üçün zəng edin, imkan varsa göndəririk.