Rayona taksi: Bakıdan rayonlara sifariş
Avtovağzala getmədən, avtomobili başqaları ilə bölüşmədən. Sürücü sizi evdən götürür və rayondakı ünvana birbaşa çatdırır.
Xidmətə daxildir
- Ünvandan ünvana birbaşa gediş
- Avtomobil yalnız sizin üçündür
- Qiymət yola çıxmamış razılaşdırılır
- Hava limanından birbaşa rayona gediş mümkündür
Kimlər üçün
- Ailə ilə rayona gedənlər
- İstirahətə, Şahdağa və Qəbələyə yola düşənlər
- Rayonda işi olan şirkət əməkdaşları
- Yaşlı valideynini rayona aparanlar
Populyar istiqamətlər
- Bakı - Şamaxı120 km
- Bakı - Quba170 km
- Bakı - İsmayıllı175 km
- Bakı - Qusar185 km
- Bakı - Qəbələ225 km
- Bakı - Lənkəran265 km
- Bakı - Şəki305 km
- Bakı - Gəncə360 km
Siyahıda olmayan rayon üçün də sifariş qəbul edirik. Qrup səfəri üçün avtobus: avtobus.az
Necə işləyir
1. Sifariş göndərin - Tarixi, ünvanı və sərnişin sayını yazın. Forma, WhatsApp və ya telefon, hansı rahatdırsa.
2. Qiyməti təsdiqləyin - Dispetçer uyğun avtomobili və qiyməti bildirir. Razısınızsa sifariş təsdiqlənir.
3. Sürücü vaxtında gəlir - Razılaşdırılan saatda sürücü ünvanda olur.
Suallar
Bakıdan rayona taksi neçəyədir?
Qiymət məsafəyə və avtomobil sinfinə görə hesablanır. İstiqaməti yazın, dəqiq qiyməti sifarişdən əvvəl bildirək.
Rayondan Bakıya da gətirirsiniz?
Bəli. Rayondan Bakıya və gediş-qayıdış sifarişləri qəbul olunur, tarixi və saatı əvvəlcədən bildirin.
Neçə nəfər gedə bilər?
Sedan avtomobildə 3 sərnişin, Vito minivanda 7 sərnişinə qədər. Daha böyük qrup üçün avtobuslarımız avtobus.az saytındadır.
Gecə saatlarında rayona getmək olar?
Bəli, sifarişi əvvəlcədən versəniz sürücü razılaşdırılan saatda ünvanda olur.